Əsas məzmuna keç

Ali Məhkəmədə cəzadan vaxtından əvvəl azad edilmənin hüquqi əsasları müzakirə olunub

Ali Məhkəmədə cəzadan vaxtından əvvəl azad edilmənin hüquqi əsasları müzakirə olunub

Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, iclasda...

en ru

Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, iclasda "Cəzadan şərti olaraq vaxtından əvvəl azad , cəzanın hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı təcrübəsi haqqında" Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunub və səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub.

İclasda həmçinin 2025-ci ildə və 2026-cı ilin birinci yarımilliyində İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Sonra "Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi məsələsinə baxılıb.

İclasda həmçinin Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi məsələsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…