Əsas məzmuna keç

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad EDİLDİ

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad EDİLDİ

Bakı Şəhər İcra Hakimiyyəti 28 May küçəsindəki 10 hektarlıq ərazidə park salır, lakin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçisi qayda pozuntusuna görə qovulub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakının Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə tutulur. Təxminən 10 hektar ərazini əhatə edəcək layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb.

Bu barədə Operativ Məlumat Mərkəzi-OMM”-ə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, əraziyə ilkin baxış zamanı qəzalı vəziyyətdə olan ağaclar müəyyən edilib.

“Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və , eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır.

Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik parkın salınması, yeraltı dayanacağının tikintisi və xeyli sayda yeni ağacın əkilməsi planlaşdırılır.

Təəssüflə qeyd edilməlidir ki, işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilməsi zamanı aqrotexniki qaydalara riayət olunmaması faktı aşkar edilib.

Həmin ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olmasına baxmayaraq, bu hal onun kəsilməsi zamanı müvafiq qaydalara əməl edilməsi tələbini aradan qaldırmır. Ağacın qəzalı vəziyyətdə olması və ya gövdəsinin çürüməsi belə, onun götürülməsi prosesinin müəyyən edilmiş aqrotexniki tələblərə uyğun həyata keçirilməsini zəruri edir.

Aşkar edilmiş nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb. Həmçinin, işində yol verdiyi nöqsanlara görə Birliyin əməkdaşı tutduğu vəzifədən azad edilib.

Bununla yanaşı, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına ərazidə görülən işlərlə bağlı ətrafda yaşayan sakinlər arasında maarifləndirmə tədbirlərinin aparılması, onlara həyata keçirilən işlərin məqsədi, qəzalı ağacların yaratdığı risklər barədə ətraflı məlumat verilməsi bir daha tapşırılıb”, - məlumatda qeyd edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…