Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala yüksəlib.
Azərbaycan Boks Federasiyasının məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Abbasova yarımfinal görüşündə Rusiya təmsilçisi Yustina Anufriyeva ilə qarşılaşıb. Azərbaycanlı idmançı rəqibini 4:1 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.
Beləliklə, Abbasova turnirdə finala yüksələn Azərbaycan boksçusu olub. Onun finaldakı rəqibi və görüşün vaxtı barədə məlumat verilməyib.
Azərbaycanın daha yeddi boksçusu isə çempionatın yarımfinal mərhələsində mübarizə aparacaq.