Əsas məzmuna keç

Hökməli–Qobu–Güzdək yolunda təmir işləri aparılır

Hökməli–Qobu–Güzdək yolunda təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda yerləşən magistralın asfalt örtüyünün yenilənməsi və yol infrastrukturunun bərpasına başlayıb.

en ru

Yolları Dövlət Agentliyi (AAYDA) rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keçirir.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda əraziyə cəlb olunmuş xüsusi texnikalar vasitəsilə torpaq işləri görülür, yol yatağının qazılması və hamarlanması istiqamətində tədbirlər davam etdirilir.

çərçivəsində yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə drenaj sisteminin qurulması da nəzərdə tutulur. Bunun üçün səth və yağış sularının ərazidən kənarlaşdırılmasını təmin edəcək suötürücü borular və yağış suyu barmaqlıqları quraşdırılacaq.

Görülən tədbirlər yolun hərəkət hissəsində su yığılmasının qarşısının alınmasına, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin azaldılmasına və vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edəcək.

Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması və avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin bərpa olunması planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…