Əsas məzmuna keç

TDT nazirləri Ankarada toplanır

TDT nazirləri Ankarada toplanır

Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri Türkiyə paytaxtında keçiriləcək iclasda regional əməkdaşlıq və gündəlikdəki mühüm məsələləri müzakirə edəcək.

en ru

Ankarada oktyabrın 29-da Təşkilatı () Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, XIII TDT görüşü çərçivəsində təşkil olunacaq bu iclasla təşkilata üzv ölkələrin nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər.

TDT Xarici İşlər Nazirləri Şurasının iclasında təşkilat daxilində əməkdaşlıq sahələri üzrə məsləhətləşmələrin və təşkilatın institusionallaşdırılması istiqamətində işlərin aparılması gözlənilir.

Qeyd edək ki, oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…