Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançı nəticəsini sosial şəbəkə hesabında şərh edib. Heydərov Azərbaycanı beynəlxalq arenada təmsil etməkdən qürur duyduğunu bildirib.
“Medal kolleksiyama daha biri əlavə olundu! Əbu-Dabidə keçirilən IJF “Böyük Dəbilqə” turnirinin bürünc medalı! Ölkəmi beynəlxalq arenada təmsil etməkdən qürur duyuram!”
Cüdoçu bu sözləri “Instagram” hesabında yazıb.