Avstraliyalı döyüşçü Aleksandr Volkanovski UFC-də yarım yüngül çəki dərəcəsində titul döyüşlərində ən çox qələbə qazanan idmançı olub.
38 yaşlı Volkanovski oktyabrın 24-də Əbu-Dabidə keçirilən UFC 333 turnirində Rusiyanı təmsil edən Movsar Yevloyevi ikinci raundda texniki nokautla məğlub edib və çempionluq kəmərini qoruyub.
Bu qələbə Volkanovski üçün UFC-nin yarım yüngül çəki divizionunda titul uğrunda döyüşlərdə doqquzuncu olub. O, bu göstəricidə təşkilatın sabiq çempionu Xose Aldunu geridə qoyub. Aldunun hesabında səkkiz qələbə var.
Volkanovski və Aldu daha əvvəl bu çəki dərəcəsində çempionluq döyüşlərində qələbələrin sayına görə ilk yeri bölüşürdülər.