Əsas məzmuna keç

“Soçi” “Tekstilşik”i 3:1 hesabı ilə məğlub etdi

“Soçi” “Tekstilşik”i 3:1 hesabı ilə məğlub etdi
— Foto: idman.biz

Ramil Şeydayevin komandası Rusiya Birinci Liqasının 15-ci turunda səfərdə qələbə qazanıb. “Soçi” cari mövsümdə hesabda geri düşdükdən sonra dördüncü dəfə qalib gəlib.

en ru

millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” Birinci Liqasının 15-ci turunda səfərdə “Tekstilşik”ə 3:1 hesabı ilə qalib gəlib.

Hesabı 8-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Aleksandr Pomalyuk açıb. “Soçi” 13-cü və 63-cü dəqiqələrdə Mixail İqnatovun qolları ilə önə keçib. Zaxar Fyodorov 67-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib. Pomalyuk isə ikinci hissədə penaltidən yararlana bilməyib.

Ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 75-ci dəqiqədə Fyodorovu əvəzləyib.

Bu, “Soçi”nin cari mövsümdə hesabda geri düşdükdən sonra qazandığı dördüncü qələbədir. Komanda xallarını 32-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…