UFC-nin yüngül çəki üzrə çempionu Aleksandr Volkanovski Mıvsar Yevloyevin onu hakimlər qərarı ilə məğlub edə bilməyəcəyini düşünür.
“Sadəcə, kiminsə 25 dəqiqə ərzində mənə qalib gələ biləcəyini düşünmürəm”, – Volkanovski UFC-yə açıqlamasında deyib.
Volkanovski və Yevloyev oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək UFC 333 turnirinin əsas döyüşündə çempionluq kəməri uğrunda üz-üzə gələcəklər.
Volkanovski MMA-da keçirdiyi 32 döyüşün 28-də qələbə qazanıb. Yevloyevin hesabında isə 20 döyüşdə 20 qələbə var.