Məğlubiyyətsiz ukraynalı boksçu, iki çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Oleksandr Usik Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda “Əl-Nəsr”in “Əl-Xolud” üzərində 5:3 hesablı qələbəsində Kriştiano Ronaldunun çıxışını dəyərləndirib.
“İnanılmaz oyun, inanılmaz oyun. Kriştiano yadplanetlidir”, – Usik “Əl-Nəsr”in mətbuat xidmətinə müsahibəsində deyib.
Oktyabrın 29-da keçirilən qarşılaşmada Ronaldo 66, 72 və 81-ci dəqiqələrdə fərqlənərək het-trik edib. “Əl-Nəsr”in digər qollarını Anjelo və Sadio Mane vurub. “Əl-Xolud”da isə Dominges iki, Essomba bir qolun müəllifi olub.
“Əl-Xolud”la matçda vurduğu üçüncü qol Ronaldunun karyerasındakı 985-ci qol olub. 41 yaşlı hücumçu Portuqaliya millisində 146, klub səviyyəsində isə 839 dəfə fərqlənib.
Pro Liqada 11 oyundan sonra 28 xalı olan “Əl-Nəsr” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ər-Riyad təmsilçisi 13-cü turda noyabrın 6-da “Əl-Hazm”la qarşılaşacaq.