Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda “Əl-Feysəli” ilə “Əl-Nəsr” üz-üzə gəlib. Əl-Məcməə şəhərindəki “Əl-Məcməə Sports City” stadionunda keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Abdullah Əl-Həmdan 4-cü dəqiqədə “Əl-Nəsr”i hesabda önə keçirib. Kriştiano Ronaldu 49-cu dəqiqədə fərqi artırıb. Bu qol 41 yaşlı futbolçunun karyerasında 982-ci qol olub.
“Əl-Feysəli”nin heyətində Teo Bonqonda 66-cı dəqiqədə fərqi azaldıb. Qabriel Anjelo isə 79-cu dəqiqədə “Əl-Nəsr”in üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Matç oktyabrın 23-də, cümə günü, Moskva vaxtı ilə saat 16:30-da başlayıb. Bakı vaxtı ilə qarşılaşmanın startı saat 17:30-a təsadüf edib.
Pro Liqada 10 oyundan sonra “Əl-Nəsr” 25 xalla ikinci, “Əl-Feysəli” isə 7 xalla 15-ci pillədə qərarlaşıb.