“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının əsas mərhələsində “Bavariya” ilə oyunda zədələnən Bukayo Sakanın vəziyyəti barədə danışıb.
Artetanın sözlərinə görə, Saka bu gün günorta saatlarında yenidən MRT müayinəsindən keçib. Zədə nahiyəsində çoxlu maye toplandığından xəsarətin dərəcəsini müəyyənləşdirmək çətin olub. Baş məşqçi sabah daha çox məlumat əldə edəcəklərini bildirib.
“Əlavə müayinələr və mütəxəssislərin rəyi lazımdır. Futbolçu meydanı tərk edərkən ağrıdan rahat yeriyə bilmirsə və hərəkəti məhdudlaşırsa, bunlar yaxşı əlamətlər deyil”, – Arteta mətbuat konfransında deyib.