Səudiyyə Ərəbistanı Pro Liqasının 2026/2027 mövsümünün 10-cu turunda “Əl-Nəsr” “Neom”u 1:0 hesabı ilə məğlub edib. Görüş Ər-Riyadda, “Əl-Əvvəl” stadionunda keçirilib. Oyun oktyabrın 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Matçın 45+6-cı dəqiqəsində “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldu penaltidən yararlana bilməyib: portuqaliyalı futbolçunun zərbəsi qapıdan yan keçib.
Qarşılaşmada yeganə qol 61-ci dəqiqədə vurulub. “Əl-Nəsr”in portuqaliyalı futbolçusu Joau Feliks fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra ölkənin hazırkı çempionu olan “Əl-Nəsr” mövsümdə qazandığı xalların sayını 22-yə çatdırıb. Komanda lider “Əl-Qadisiyyə”dən üç xal geri qalır və turnir cədvəlinin üçüncü pilləsindədir. 16 xalı olan “Neom” isə altıncı yerdə qərarlaşıb.