Əsas məzmuna keç

Bundesliqa “Sabah”ın “Borussiya”ya qarşı müqavimətini vurğuladı

Bundesliqa “Sabah”ın “Borussiya”ya qarşı müqavimətini vurğuladı
— Foto: idman.biz

Almaniya Bundesliqasının rəsmi saytı Çempionlar Liqasının üçüncü turunda “Sabah”ın Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzduğu oyuna material həsr edib. Yazıda Azərbaycan klubunun yaratdığı təhlükəli epizodlar və rəqibə göstərdiyi müqavimət qeyd olunub.

en ru

Almaniya Bundesliqasının rəsmi saytı UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda keçirilən “Sabah” – “Borussiya” matçını işıqlandırıb. Dortmund klubu Bakıda 2:1 hesabı ilə qalib gəlib.

Materialda Seru Girassinin dublu ilə yanaşı, meydan sahiblərinin oyundakı mübarizəsi də vurğulanıb. Görüşdən əvvəl komandaların turnir cədvəlində eyni sayda xalı olub, “Sabah” isə əvvəlki ev matçında Praqa “Slaviya”sını 2:0 hesabı ilə məğlub etmişdi.

“Sabah” hesabı bərabərləşdirdi

İlk dəqiqələrdə Fabio Silva iki dəfə Stanislav Pokatilovu müdaxiləyə məcbur edib. 10-cu dəqiqədə Feliks Nmeçanın zərbəsindən qayıdan topu Girassi qapıya göndərərək hesabı açıb.

“Sabah” tədricən oyuna qoşulub. Coy-Lens Mikelsin qolu ofsayd səbəbindən qeydə alınmayıb, 39-cu dəqiqədə isə Timoteuş Puxaçın cərimə zərbəsindən sonra Eyden Makkarti başla fərqlənib.

Girassi qələbə qolunu vurdu

53-cü dəqiqədə Girassi Coy Vermanın ötürməsini qolla tamamlayıb. Orfe Mbina hesabı bərabərləşdirmək üçün imkan qazansa da, zərbəsi qapıdan kənara gedib. Girassinin het-trik cəhdində isə Makkarti topun qarşısını alıb.

Bundesliqanın saytı Niko Şlotterbekin iştirakı ilə baş verən mübahisəli epizoda da toxunub: “Sabah” penalti tələb etsə də, hakim etirazı nəzərə almayıb.

Kontekst

Xatırladaq ki, oktyabrın 20-də “Borussiya”nın “Sabah”la oyunu ərəfəsində Dortmund klubunda son üç matçda qələbə qazanılmamasına görə gərginlik olduğu bildirilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…