“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Feysali” ilə oyundan sonra matçın ən yaxşı oyunçusu mükafatını komanda yoldaşı Abdullah Əl-Həmdana verib. “Əl-Nəsr” qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.
Oktyabrın 23-də keçirilən görüş Bakı vaxtı ilə saat 17:30-da başlayıb. Abdullah Əl-Həmdan 4-cü dəqiqədə hesabı açıb, Ronaldu 49-cu dəqiqədə fərqi artırıb. “Əl-Feysali”nin heyətində Bonqonda 66-cı dəqiqədə qol vurub, Anjelo isə 79-cu dəqiqədə “Əl-Nəsr”in üçüncü topunu rəqib qapısından keçirib.
41 yaşlı Ronaldu qələbə qolunun müəllifi olub. Əl-Həmdan isə bir qol vurmaqla yanaşı, məhsuldar ötürmə də verib.
“Əl-Nəsr” Pro Liqada 10 oyundan sonra 25 xal toplayıb və ikinci yerdədir. “Əl-Feysali” yeddi xalla 15-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 10 matçdan 27 xal qazanan “Əl-Hilal” başçılıq edir.
Növbəti turda “Əl-Nəsr” oktyabrın 29-da “Əl-Xolud”la qarşılaşacaq.