Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Super Liqasının 13-cü turunda “Botoşani”ni məğlub edib.
Səfərdə keçirilən qarşılaşma “Petrolul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Ployeşti təmsilçisi çempionatın bu turunda üç xal qazanıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Cəlal Hüseynov 72-ci dəqiqədə meydana daxil olub. Həmin vaxt görüşün yekun hesabı artıq müəyyənləşmişdi.
Qələbədən sonra “Petrolul”un xallarının sayı 23-ə yüksəlib. Komanda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Kontekst
Oktyabrın 18-də “Petrolul” Rumıniya Super Liqasının 12-ci turunda doğma meydanda “Sepsi” ilə 1:1 hesablı heç-heçə edib.