Əsas məzmuna keç

“Petrolul” və “Sepsi” 1:1 hesablı heç-heçə etdi

“Petrolul” və “Sepsi” 1:1 hesablı heç-heçə etdi
— Foto: idman.biz

Rumıniya Superliqasının 12-ci turunda Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda “Sepsi” ilə 1:1 hesablı...

en ru

Rumıniya Superliqasının 12-ci turunda millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda “Sepsi” ilə 1:1 hesablı heç-heçə edib.

Ployeşti təmsilçisi 26-cı dəqiqədə portuqaliyalı Leo Teyşeyranın qolu ilə önə keçib. Doru Andrey səkkiz dəqiqə sonra fərqlənərək qonaqların bərabərlik qolunu vurub.

Matça ehtiyat oyunçular skamyasında başlayan Cəlal Hüseynov 85-ci dəqiqədə meydana daxil olub. Heç-heçədən sonra “Petrolul” 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qalıb, “Sepsi” isə 14 xalla 11-ci yerdədir.

Turnir cədvəlinə 29 xalla “Dinamo” başçılıq edir. “Rapid” 24 xalla ikinci, “Universitatya Krayova” isə 23 xalla üçüncü pillədə qərarlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…