Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Petrolul” Rumıniya Superliqasında növbəti qələbəsini qazanıb. Komanda 16-cı turda səfərdə Buxarest “Dinamo”suna 1:0 hesabı ilə qalib gəlib.
Matçın yeganə qolu birinci hissəyə əlavə olunmuş vaxtda vurulub. Daniel N’Lundulu 45+12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək qonaqlara qələbə qazandırıb.
Oyun 24 dəqiqə dayandırılıb
Qarşılaşma azarkeşlərdən birinin VAR monitorunun kabelini dartması səbəbindən təxminən 24 dəqiqə dayanıb. Nəticədə avadanlıq sıradan çıxıb. Texniki problem aradan qaldırıldıqdan sonra oyun davam etdirilib.
Cəlal Hüseynov 89-cu dəqiqədə meydana daxil olub və qolun müəllifi Daniel N’Lundulunu əvəzləyib. Qələbədən sonra “Petrolul”un xallarının sayı 30-a çatıb.
Kontekst
Xatırladaq ki, noyabrın 7-də “Petrolul” Rumıniya Superliqasının 15-ci turunda səfərdə “UTA Arad”ı 1:0 hesabı ilə məğlub etmişdi. Həmin oyunda Cəlal Hüseynov 65-ci dəqiqədə meydana daxil olmuşdu.