Navaxo Stirlinq UFC Fight Night 294 turniri çərçivəsində Dohada keçirilən döyüşdə İrji Proxazkanı nokauta salıb. Yeni Zelandiyalı döyüşçü qarşılaşmanın ikinci raundunun sonlarında çexiyalı rəqibini məğlub edib.
Bu qələbədən sonra 28 yaşlı Stirlinqin hesabında 12 qələbə var. Onlardan yeddisini nokautla qazanan döyüşçü karyerasında məğlubiyyət almayıb.
34 yaşlı Proxazkanın aktivində isə 32 qələbə, altı məğlubiyyət və heç-heçə ilə nəticələnmiş bir döyüş var. Onun qələbələrinin 31-i vaxtından əvvəl başa çatıb. Proxazka UFC-nin yarım ağır çəkidə keçmiş çempionudur.