Əsas məzmuna keç

Bakı 2027-ci ildə U-20 basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı 2027-ci ildə U-20 basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
— Foto: idman.biz

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatının oyunlarını qəbul edəcək. Bakıda B divizionunun qarşılaşmaları 2027-ci il iyulun 9-dan 18-dək keçiriləcək.

en ru

ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Turnirin Bakıda keçirilməsi ilə bağlı qərar noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında qəbul olunub.

Qərara əsasən, 2027-ci il iyulun 9-dan 18-dək paytaxtda Avropa çempionatının B divizionunun oyunları təşkil ediləcək.

İclasda 2027-ci ildə gənclər arasında keçiriləcək digər Avropa çempionatlarının ev sahibi şəhərləri də təsdiqlənib. Azərbaycanın turniri ilk dəfə qəbul etməsi ölkə basketbolunun inkişafı və beynəlxalq yarışların təşkili baxımından mühüm hadisə kimi qiymətləndirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…