Əsas məzmuna keç

Vüqar Bayramov “Xilasedici”nin səfərdə uğur qazanacağına inanır

Vüqar Bayramov “Xilasedici”nin səfərdə uğur qazanacağına inanır
— Foto: idman.biz

“Xilasedici”nin kapitanı Vüqar Bayramov CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “ACH Volley Lyublyana”ya evdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra cavab görüşündə mübarizə aparacaqlarını deyib.

en ru

“”nin kapitanı Vüqar Bayramov CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Sloveniyanın “ACH Volley Lyublyana” klubuna qarşı keçirilən ilk oyunu dəyərləndirib.

Komandası evdə 1:3 hesabı ilə məğlub olsa da, Bayramov səfərdə uğurlu nəticə əldə edə biləcəklərinə inandığını bildirib. O, rəqibin güclü olduğunu və Sloveniya millisinin aparıcı oyunçularından formalaşdığını qeyd edib.

“Qarşımızda güclü rəqibin olduğunu bilirdik. Bu komanda ilə qarşılaşmanın çətin keçəcəyini gözləyirdik. Oyunda əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq, lakin uduzduq. Buna baxmayaraq, komandama inanıram”, – deyə Bayramov vurğulayıb.

Kapitan əvvəlki təsnifat mərhələsində Portuqaliya təmsilçisi ilə ilk oyunda da məğlub olduqlarını, lakin səfərdə qələbə qazandıqlarını xatırladıb.

“Bu dəfə də səfərdə layiqli mübarizə aparıb azarkeşlərimizi sevindirməyə çalışacağıq”, – Bayramov əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…