Əsas məzmuna keç

Jana Todorova: “Turan” Çempionlar Liqasının qrup mərhələsinə layiq idi

Jana Todorova: “Turan” Çempionlar Liqasının qrup mərhələsinə layiq idi
— Foto: idman.biz

“Maritsa”nın libero mövqeyində çıxış edən Jana Todorova “Turan”ın üstünlüyünü etiraf edib. Tovuz klubu iki oyunun nəticəsinə əsasən Bolqarıstan təmsilçisini 6:0 hesabı ilə üstələyərək qrup mərhələsinə yüksəlib.

en ru

Bolqarıstanın “Maritsa” klubunun voleybolçusu Jana Todorova komandasının “Turan”a 0:3 hesabı ilə məğlub olmasını şərh edib. Bu nəticə Tovuz təmsilçisinə tarixində ilk dəfə CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək imkanı verib.

Todorova klubunun qələbəyə və növbəti mərhələyə vəsiqəyə layiq olduğunu bildirib: “Azərbaycan komandasını təbrik edirəm. Onların heyətində çox yaxşı və təcrübəli oyunçular var. Bu gün daha güclü olduqlarını sübut etdilər. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə layiq idilər”.

Voleybolçu “Maritsa”nın ən yaxşı oyununu göstərə bilmədiyini, bununla belə, komandanın CEV Kubokunda mübarizəni davam etdirəcəyini deyib. Todorova həmin turnirdə komandasının potensialını ortaya qoya biləcəyinə inandığını vurğulayıb.

“Turan” ilk oyunda da “Maritsa”nı 3:0 hesabı ilə məğlub edib. Tovuz klubu avrokuboklardakı debüt mövsümündə qrup mərhələsinə vəsiqə qazanıb və Azərbaycan təmsilçisinin təxminən 10 ildən sonra turnirin əsas mərhələsində iştirakını təmin edib.

“Turan” D qrupunda Türkiyənin “Eczacıbaşı Peron”, İtaliyanın “Savino Del Bene Scandicci” və Serbiyanın “Tent Obrenovaç” komandaları ilə qarşılaşacaq. Azərbaycan klubu ilk oyununu noyabrın 25-də səfərdə İtaliya təmsilçisinə qarşı keçirəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…