Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Superliqasının 14-cü turunda xal qazanıb. Ployeşti təmsilçisi doğma meydanda “ÇFR Kluj”la qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, “Petrolul” çempionatın bu turunda bir xal əldə edib.
Matça ehtiyat oyunçular skamyasında başlayan Cəlal Hüseynov 63-cü dəqiqədə meydana daxil olub. Azərbaycanlı müdafiəçi 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra “Petrolul” 24 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.