“Mançester Yunayted” klub rəhbərliyinə etiraz olaraq meydana tennis topları atan 4 azarkeşin ev stadionuna girişini qadağan edib. Hadisə noyabrın 3-də Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Roma” ilə keçirilən oyunda baş verib. Bu barədə “The Athletic” nəşrinin jurnalisti Devid Ornşteyn məlumat yayıb.
“Mançester Yunayted” həmin qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, 3:2 hesablı qələbə qazanıb. Paulo Dibalanın 11-ci, Doniel Malenin 18-ci dəqiqədə vurduğu qollara Bruno Fernandeş 58-ci dəqiqədə cavab verib. Mateus Kunya 83-cü və 86-cı dəqiqələrdə fərqlənərək hesabı dəyişib. Kunya 90+1-ci dəqiqədə meydandan qovulub.
Məlumata görə, azarkeşlərdən ən azı birinə “əşyaların meydana atılması” səbəbilə üçillik qadağa tətbiq edilib. “Mançester Yunayted”in mövqeyinə əsasən, meydançaya əşya atılması stadion qaydalarına ziddir və xəsarət riski yaratdığı üçün klub bu məsələdə güzəştə getməməlidir.