Əsas məzmuna keç

Misli Premyer Liqasının 12-ci turunda hakim təyinatları açıqlanıb

Misli Premyer Liqasının 12-ci turunda hakim təyinatları açıqlanıb
— Foto: idman.biz

Turun oyunları noyabrın 20-22-də keçiriləcək. “Kəpəz” – “Qarabağ” matçını Rauf Cabarov, “Araz-Naxçıvan” – “Neftçi” görüşünü isə Rəvan Həmzəzadə idarə edəcək.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək oyunların hakim təyinatları açıqlanıb. Tur noyabrın 20-də başlayacaq, son görüşlər isə noyabrın 22-də oynanılacaq.

20 noyabr

14:30-da Yevlax şəhər stadionunda “İmişli” – “Zirə” matçı keçiriləcək. Baş hakim Cavid Cəlilov, köməkçilər Kamran Bayramov və Müslüm , dördüncü hakim Nazim Abdullayev olacaq. VAR: Kamranbəy Rəhimov, AVAR: Kərim Zeynalov. Hakim-inspektor: Asim Xudiyev, AFFA nümayəndəsi: Seymur Səlimli.

19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Baş hakim Elvin Bayramov, köməkçilər Asiman Əzizli və Zöhrab Abbasov, dördüncü hakim Vüqar Həsənlidir. VAR: Rəşad Əhmədov, AVAR: Rahil Ramazanov. Hakim-inspektor: İmanxan Sultani, AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

21 noyabr

14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” – “Turan Tovuz” görüşünü Emin Əliyev idarə edəcək. Köməkçiləri Akif Əmirəli və Eyyub İbrahimov, dördüncü hakim Tural Qurbanovdur. VAR: Nicat İsmayıllı, AVAR: Gülnurə Əkbərzadə. Hakim-inspektor: Ceyhun Haşımov, AFFA nümayəndəsi: Eldəniz Musayev.

17:00-da “SOCAR Polymer Arena”da “Şəfa” – “Qəbələ” matçının baş hakimi Əli Əliyev olacaq. Köməkçiləri Namiq Hüseynov və Orxan İbişov, dördüncü hakim Kamal Umudludur. VAR: İnqilab Məmmədov, AVAR: Cəmil Quliyev. Hakim-inspektor: Şahin Cəfərov, AFFA nümayəndəsi: Namiq Əliyev.

22 noyabr

14:30-da Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan” – “” oyununu Rəvan Həmzəzadə idarə edəcək. Köməkçiləri Şirmamed Mamedov və Teymur Teymurov, dördüncü hakim Əliyar Ağayevdir. VAR: Fərid Hacıyev, AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Babək Quliyev, AFFA nümayəndəsi: Elçin Mehtiyev.

17:00-da Gəncə şəhər stadionunda “Kəpəz” – “” matçının baş hakimi Rauf Cabarov olacaq. Köməkçiləri Zeynal Zeynalov və Tərlan Talıbzadə, dördüncü hakim Ruslan Quliyevdir. VAR: Əkbər Əhmədov, AVAR: Rəhman İmami. Hakim-inspektor: Ramil Diniyev, AFFA nümayəndəsi: İlham Əliyev.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…