Əsas məzmuna keç

Misli Premyer Liqasının son üç turunun oyun cədvəli açıqlanıb

Misli Premyer Liqasının son üç turunun oyun cədvəli açıqlanıb
— Foto: Report.az

XIV turun oyunları dekabrın 4-7-də, XV turun qarşılaşmaları 11-14-də, XVI turun matçları isə 19-22-də keçiriləcək.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Misli Premyer Liqasının ilin son üç turunun oyun cədvəli müəyyənləşib. XIV turun oyunları dekabrın 4-7-də, XV turun qarşılaşmaları 11-14-də, XVI turun matçları isə 19-22-də keçiriləcək.

XIV tur

Dekabrın 4-də saat 19:00-da “Zirə” “Sabah”ı Zirə İdman Kompleksinin stadionunda qəbul edəcək. Dekabrın 5-də saat 14:30-da “İmişli” – “Qəbələ” oyunu Yevlax şəhər stadionunda keçiriləcək.

Dekabrın 6-da saat 14:30-da “Şamaxı” “Kəpəz”lə Şamaxı şəhər stadionunda, saat 18:00-da “Sumqayıt” “Turan Tovuz”la Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq. Dekabrın 7-də saat 14:00-da “Araz-Naxçıvan” – “” oyunu Şamaxı şəhər stadionunda, saat 19:00-da “Şəfa” – “” matçı “SOCAR Polymer Arena”da baş tutacaq.

XV və XVI turlar

Dekabrın 11-də saat 14:00-da “Şamaxı” – “Sumqayıt” (Şamaxı şəhər stadionu), 16:30-da “Qəbələ” – “Kəpəz” (Qəbələ şəhər stadionu) oyunları keçiriləcək. Dekabrın 13-də saat 16:00-da “Qarabağ” – “Zirə” “Azersun Arena”da, 18:30-da “Sabah” – “Şəfa” “Sabah Arena”da oynayacaq. Dekabrın 14-də saat 17:00-da “Turan Tovuz” – “Araz-Naxçıvan” Tovuz şəhər stadionunda, 19:15-də “Neftçi” – “İmişli” “Palms Sports Arena”da üz-üzə gələcək.

Dekabrın 19-da saat 14:00-da “Araz-Naxçıvan” – “Şamaxı” matçı Şamaxı şəhər stadionunda keçiriləcək. Dekabrın 20-də saat 15:00-da “Zirə” “Turan Tovuz”u Zirə İdman Kompleksinin stadionunda qəbul edəcək. Həmin gün “Neftçi” – “Qəbələ” oyunu saat 17:15-də “Palms Sports Arena”da olacaq.

Dekabrın 21-də saat 14:30-da “İmişli” – “Sabah” Yevlax şəhər stadionunda, saat 18:00-da “Şəfa” – “Qarabağ” “SOCAR Polymer Arena”da keçiriləcək. Dekabrın 22-də saat 19:00-da “Sumqayıt” – “Kəpəz” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…