Misli Premyer Liqasında II dövrənin XIII turunun oyun cədvəli müəyyənləşib. Qarşılaşmalar noyabrın 27-də, 28-də və 29-da keçiriləcək.
Noyabrın 27-də saat 14:30-da “İmişli” Yevlax şəhər stadionunda “Şəfa” ilə qarşılaşacaq. Həmin gün saat 19:00-da “Neftçi” “Palms Sports Arena”da “Zirə”ni qəbul edəcək.
Noyabrın 28-də saat 16:30-da “Turan Tovuz” Tovuz şəhər stadionunda “Kəpəz”lə üz-üzə gələcək. Günün digər oyunu saat 19:00-da “Sabah Arena”da keçiriləcək: “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq.
Turun son oyun günündə, noyabrın 29-da, saat 14:30-da “Şamaxı” Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək. Saat 17:00-da isə “Qarabağ” “Azersun Arena”da “Sumqayıt”la oynayacaq.