Əsas məzmuna keç

Misli Premyer Liqasında XI tura bu gün start veriləcək

Misli Premyer Liqasında XI tura bu gün start veriləcək
— Foto: Report.az

Turun ilk oyun günündə “Qarabağ” “Turan Tovuz”u, “Neftçi” isə “Kəpəz”i qəbul edəcək. Qarşılaşmalar noyabrın 6-da keçiriləcək.

en ru

Misli Premyer Liqasında I dövrənin XI turuna noyabrın 6-da start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün oyunları

Saat 18:00-da “” “Azərsun Arena”da “”la üz-üzə gələcək. Ağdam klubu 19 xalla turnir cədvəlinin üçüncü, Tovuz təmsilçisi isə 18 xalla dördüncü pilləsindədir. Matçın baş hakimi Fərid Hacıyev olacaq. Ona Asiman Əzizli, Rəhman İmami və Vüqar Həsənli kömək edəcək. VAR hakimi Tural Qurbanov, AVAR hakimi Tərlan Talıbzadə, hakim-inspektor Şahin Cəfərov, AFFA nümayəndəsi isə Elgiz Abbasov olacaq.

Saat 20:00-da “” “Palms Sports Arena”da “”i qəbul edəcək. 21 xalla lider olan “Neftçi” 17 xalla beşinci yerdə qərarlaşan Gəncə klubu ilə qarşılaşacaq. Oyunu Rəşad Əhmədov idarə edəcək. Köməkçi hakimlər Kamran Bayramov, Teymur Teymurov və Niyaz Əhmədov, VAR hakimi Əli , AVAR hakimi Zöhrab Abbasov, hakim-inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.

XI tura noyabrın 8-də yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…