Azərbaycan UEFA-nın ölkələr üzrə reytinqində 24-cü pillədəki mövqeyini qoruyub. Ölkənin əmsalı əvvəlki kimi 24.187-dir.
İsrail 24.125 əmsalla 25-ci, Ukrayna isə 24.837 əmsalla 23-cü yerdə qərarlaşıb. Reytinq cədvəlinə 107.685 əmsalı olan İngiltərə başçılıq edir.
Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Sabah”dır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə məğlub olub.