Əsas məzmuna keç

Misli Premyer Liqasında bu gün X turun daha iki oyunu keçiriləcək

Misli Premyer Liqasında bu gün X turun daha iki oyunu keçiriləcək
— Foto: Report.az

Noyabrın 1-də “Şamaxı” “Neftçi”ni, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək. Görüşlər müvafiq olaraq saat 15:00-da və 17:30-da başlayacaq.

en ru

Misli Premyer Liqasının X turunda noyabrın 1-də daha iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda “” öz meydanında “” ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 15:00-da başlayacaq.

Görüşün baş hakimi Tural Qurbanov olacaq. Ona Cəmil Quliyev, Asiman Əzizli və Emin kömək edəcəklər. VAR hakimi Kamal Umudlu, AVAR hakimi Vüsal Məmmədov, hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi isə Kifayət Mustafayevadır.

Günün ikinci matçında “Kəpəz” Gəncə şəhər stadionunda “”ni qəbul edəcək. Qarşılaşma saat 17:30-da start götürəcək. Oyunu Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov və İslam Məmmədov kömək edəcəklər. VAR hakimi Rəşad Əhmədov, AVAR hakimi Kərim Zeynalov, hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Eldar Məmmədov olacaq.

“Neftçi” 18 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. “Kəpəz” 14 xalla altıncı, “Şamaxı” 13 xalla yeddinci, “İmişli” isə 10 xalla səkkizinci yeri tutur.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Sabah”a 3:2 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” – “Zirə” matçı 2:2, “Qəbələ” – “” görüşü isə 0:0 hesabı ilə başa çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…