Əsas məzmuna keç

Xaqan Əhməd və Ləman Hacıyeva Azərbaycan çempionu oldular

Xaqan Əhməd və Ləman Hacıyeva Azərbaycan çempionu oldular
— Foto: idman.biz

Rapid və blits üzrə Azərbaycan çempionatında kişilər arasında Xaqan Əhməd, qadınlarda isə Ləman Hacıyeva qalib gəlib. Yarışın ümumi mükafat fondu 10 000 manat olub.

en ru

Rapid və blits üzrə kişilər və qadınlar arasında keçirilən çempionatında qaliblər müəyyənləşib.

Kişilərin yarışı

Kişilərin mübarizəsində Xaqan Əhməd 14 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və ölkə çempionu olub. Ondan yarım xal geri qalan Əhməd Əhmədzadə 13,5 xalla gümüş medal qazanıb.

Xəzər Babazadə və Allahverdi Həmidovun hərəyə 12,5 xalı olub. Əlavə göstəricilərdə üstün olan Babazadə üçüncü yeri tutub və bürünc medala sahib çıxıb.

Qadınların yarışı

Qadınların yarışında Ləman Hacıyeva 14 xalla çempionluğa yüksəlib. Türkan Məmmədyarova 13 xalla ikinci, Mələk İsmayıl isə 11,5 xalla üçüncü olub.

Bağlanış mərasimində qalib və mükafatçılar medal və diplomlarla təltif ediliblər. Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və vitse-prezident Faiq Həsənov təqdim ediblər. Çempionatın ümumi mükafat fondu 10 000 manat təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…