Əsas məzmuna keç

Misli Premyer Liqasının X turunda bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasının X turunda bu gün iki oyun keçiriləcək
— Foto: Report.az

“Araz-Naxçıvan” “Zirə”ni, “Qəbələ” isə “Qarabağ”ı qəbul edəcək. Turun ötən gün keçirilən matçında “Turan Tovuz” “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.

en ru

Misli Premyer Liqasının X turunda bu gün iki qarşılaşma keçiriləcək. İlk oyunda “” Şamaxı şəhər stadionunda “” ilə üz-üzə gələcək. Matç saat 15:30-da başlayacaq.

“Zirə” 15 xalla turnir cədvəlinin beşinci pilləsindədir. İki xalı olan “Araz-Naxçıvan” isə 12 komanda arasında sonuncu yerdə qərarlaşıb. Görüşün baş hakimi Elvin Bayramov olacaq. Ona Rəhman İmami, Rahil Ramazanov və Ruslan Quliyev kömək edəcəklər. VAR hakimi Əliyar Ağayev, AVAR hakimi Zeynal Zeynalov, hakim-inspektor Rəhim Həsənov, AFFA nümayəndəsi isə Anar Şıxəliyevdir.

Günün ikinci matçında “” öz meydanında “”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da start götürəcək. “Qarabağ” 18 xalla üçüncü, “Qəbələ” isə 7 xalla 10-cu pillədədir.

Bu oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Şirmamed Mamedov, Teymur Teymurov və Nazim Abdullayev kömək edəcəklər. VAR hakimi Cavid Cəlilov, AVAR hakimi Kamran Bayramov, hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi Elçin Mehtiyevdir.

Turun ötən gün keçirilən görüşündə “Turan Tovuz” evdə “Sabah”ı 3:2 hesabı ilə üstələyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…