Əsas məzmuna keç

İssuf Paro “Qəbələ” ilə oyunu buraxacaq

İssuf Paro “Qəbələ” ilə oyunu buraxacaq
— Foto: idman.biz

“Araz-Naxçıvan”ın mərkəz müdafiəçisi İssuf Paro Misli Premyer Liqasının IX turunda “Qəbələ” ilə qarşılaşmada iştirak edə bilməyəcək. Futbolçu “Sumqayıt”la matçda zədələnib.

en ru

Misli Premyer Liqasının IX turunda “”ni qəbul edəcək “Araz-Naxçıvan” qarşıdakı görüşə itki ilə çıxacaq. Komandanın mərkəz müdafiəçisi İssuf Paro matçda meydana çıxa bilməyəcək.

Klubun sözçüsü Mahal Məmmədovun verdiyi məlumata görə, futbolçu Misli Premyer Liqasının VIII turunda “Sumqayıt”la keçirilən oyunda zədələnib.

“Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşması oktyabrın 23-də Şamaxı şəhər stadionunda keçiriləcək. Görüş saat 15:00-da başlayacaq.

“Araz-Naxçıvan” iki xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Dörd xalı olan “Qəbələ” isə 10-cu yerdədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…