Misli Premyer Liqasının birinci dövrəsinin səkkizinci turunda bu gün “Qəbələ” ilə “Sabah” üz-üzə gələcək. Qarşılaşma oktyabrın 17-də saat 16:00-da Qəbələ şəhər stadionunda başlayacaq.
Oyunun baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli, Zeynal Zeynalov və Namiq Bəkirov kömək edəcəklər. VAR hakimi Rəşad Əhmədov, AVAR hakimi Rahil Ramazanov, hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi isə Seymur Səlimlidir.
“Qəbələ” dörd xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 16 xalı olan “Sabah” ikinci yerdədir.
Səkkizinci turun əvvəlki oyunlarında “Şamaxı” “Şəfa”nı 3:2, “Sumqayıt” isə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. Tura oktyabrın 18-də yekun vurulacaq.