Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın dörd sərbəst güləşçisi bu gün mübarizəyə başlayacaq. Onlardan ikisi 1/16 final, digər ikisi isə 1/8 final mərhələsində çıxış edəcək.
1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə qarşılaşacaq.
1/8 final mərhələsində Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakovla üz-üzə gələcək. Ali Tsokayevin (92 kq) rəqibi litvalı Domantas Pauliuşenko ilə şimali makedoniyalı Redjep Haydari arasındakı görüşün qalibi olacaq.
Azərbaycanın yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.