Əsas məzmuna keç

Qubadlıda ilk su elektrik stansiyası tikilir

Qubadlıda ilk su elektrik stansiyası tikilir

Qubadlı rayonunda - Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə "Eyvazlı" Su Elektrik Stansiyası tikilir. Bu barədə "AzərEnerji" məlumat yayıb. Bildirilib...

en ru

Qubadlı rayonunda - Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə "Eyvazlı" Su Stansiyası tikilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "AzərEnerji" məlumat yayıb.

Bildirilib ki, bu, Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq.

Stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 km məsafədə derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.

Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd Frensis tipli turbinlə təchiz olunacaq "Eyvazlı" SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.

"Eyvazlı" SES "AzərEnerji"nin 2021-ci ildə tikərək istismara verdiyi 110 kilovoltluq "Qubadlı" yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.

Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da, işğaldan azad edilmiş ərazilərdə "yaşıl" hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz "yaşıl "nin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6 400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…