Noyabrın 3-də Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində “Mançester Yunayted” və “Roma” komandaları üz-üzə gəlib. Qarşılaşma İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Yunayted”in heyətində Matheus Kunya iki qol vurub. Bruno Fernandeş isə penaltidən fərqlənərək komandasının qələbəsinə töhfə verib.
“Roma”nın qollarını Matias Sule və penaltini dəqiq yerinə yetirən Doniel Malen vurublar.
“Mançester Yunayted” – “Roma” matçının videoicmalı internetdə yayımlanıb.