Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda “Bude-Qlimt” “Lill”i qəbul edib. Norveçin Bude şəhərindəki “Aspmyura” stadionunda keçirilən görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.
Komandalar qol imkanlarını dəyərləndirə bilməyiblər. “Bude-Qlimt”in Rusiya qapıçısı Nikita Haykin qarşılaşmanı sona qədər meydanda keçirib.