“Vilyarreal” Çempionlar Liqası tarixində İspaniya klubları arasında ən böyük ev məğlubiyyəti ilə üzləşib. Bu barədə MisterChip məlumat yayıb.
İspaniya klubu noyabrın 3-də turnirin ümumi mərhələsinin 4-cü turunda PSJ-yə 0:6 hesabı ilə uduzub. Əvvəlki antirekord “Deportivo”ya məxsus idi: komanda 2004-cü il dekabrın 8-də evdə “Monako”ya 0:5 hesabı ilə məğlub olmuşdu.
“Vilyarreal” Çempionlar Liqasının bir oyununda top fərqinə görə İspaniya klublarının antirekordunu da təkrarlayıb. 2020-ci ilin avqustunda “Barselona” turnirin 1/4 finalında Lissabonda keçirilən neytral meydan oyununda “Bavariya”ya 2:8 hesabı ilə uduzmuşdu.