Əsas məzmuna keç

Altı Azərbaycan cüdoçusu gənclər arasında dünya çempionatında yarışacaq

Altı Azərbaycan cüdoçusu gənclər arasında dünya çempionatında yarışacaq
— Foto: idman.biz

Daşkənddə bu gün start götürən dünya çempionatının ilk günündə Azərbaycanın altı idmançısı tatamiyə çıxacaq. İlkin mərhələnin görüşləri Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.

en ru

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı başlayır. Yarışın ilk günündə Azərbaycanın altı təmsilçisi medal uğrunda mübarizə aparacaq.

Oğlanların yarışında Ayxan Mirzəzadə 60 kq, Məhəmməd Musayev isə 66 kq çəki dərəcəsində çıxış edəcək.

Qızlardan Nərgiz Əhmədova 48 kq, Aysun Məmmədova 52 kq, Xədicə Qədəşova və Vüsalə Hacıyeva isə 57 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

İlkin mərhələnin görüşləri vaxtı ilə saat 07:00-da, final bloku isə 16:00-da başlayacaq. Qarşılaşmalar JudoTV platformasında canlı yayımlanacaq.

dünya çempionatında ümumilikdə 14 cüdoçu ilə təmsil olunur: heyətdə doqquz oğlan və beş qız var. Fərdi yarışlar noyabrın 19-21-də, qarışıq komandaların mübarizəsi isə noyabrın 22-də keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…