UEFA “Sabah”ın “Barselona” ilə oyunu ərəfəsində Azərbaycan klubunun avrokuboklardakı statistikasına diqqət çəkib.
Qurumun rəsmi saytında yer alan məlumata görə, “Sabah” UEFA turnirlərində indiyədək 13 ev oyunu keçirib. Bu qarşılaşmaların heç biri heç-heçə ilə yekunlaşmayıb: Bakı təmsilçisi səkkiz qələbə qazanıb, beş dəfə məğlub olub.
Komandanın ümumi avrokubok statistikasında da 0:0 hesablı nəticə qeydə alınmayıb. “Sabah”ın UEFA turnirlərində keçirdiyi 26 görüşün heç biri qolsuz heç-heçə ilə başa çatmayıb.
“Sabah” Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda “Barselona”nı qəbul edəcək. Noyabrın 25-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.