“Barselona” 2026/2027 mövsümünün Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda PSJ-yə 2:4 hesabı ilə uduzduğu oyundan sonra UEFA-ya müraciət etmək niyyətindədir. Sport.es-in məlumatına görə, buna Paris klubunun azarkeşlərinin qarşılaşmadan əvvəl tribunada açdığı banner səbəb olub.
Kataloniya klubu “Texas qətliamı” filmindəki Dəriüzən obrazının əks olunduğu banneri yersiz hesab edib. PSJ azarkeşləri obrazı klubun forması ilə, əlində mişar tutaraq “Barselona”nın loqosunu kəsən vəziyyətdə təsvir edib. Bannerdə “Paris üsulu ilə qətliam” yazılıb.
Desire Due 38-ci dəqiqədə hesabı açıb. Xavi Espart 55-ci dəqiqədə tarazlığı bərpa edib, Lukas Ernandes 72-ci dəqiqədə PSJ-ni yenidən önə çıxarıb. Lamin Yamal 79-cu dəqiqədə hesabı 2:2 edib. Vitinya 81-ci, Fabian Ruiz isə 86-cı dəqiqədə fərqlənərək Paris klubunun qələbəsini rəsmiləşdirib.