“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettinonun məşqçi heyətinə Xesus Peres, Miqel D’Aqostino, Toni Ximenes, Aleks Skott və Sebastiano Poçettino daxil olublar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sadalanan mütəxəssislərin hamısı Poçettino ilə əvvəllər “Espanyol”, “Sauthempton”, “Tottenhem”, PSJ və “Çelsi”də çalışıblar.
“Mançester Yunayted” həmçinin Travis Binnion, Conni Evans, Stiv Holland, Kreyq Mouson, Conatan Vudgeyt və Maykl Kerrikin klubdan ayrıldığını təsdiqləyib.
Klubun rəsmi açıqlamasında ayrılan əməkdaşlara tam fədakarlıqları, işə sədaqətləri və peşəkarlıqları üçün təşəkkür edildiyi, gələcək karyeralarında uğurlar arzulandığı bildirilib.