KONKAKAF Millətlər Liqasının görüşündə Haiti və ABŞ milliləri üz-üzə gəlib. Mayamidəki “Nu Stadium”da keçirilən oyun ABŞ yığmasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.
ABŞ millisinin heyətində Ostin Trasti, Julian Hall, Kristian Pulişiç, Veston Makkenni və Folarin Baloqun fərqləniblər. Pulişiç görüşdə iki qol vuraraq dubl edib.
Bu qarşılaşma ABŞ millisi üçün baş məşqçi Maurisio Poçettinonun “Mançester Yunayted”lə müqavilə imzaladığının açıqlanmasından sonrakı ilk oyun olub.
Tərəflər 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə bağlayıblar. Poçettino ABŞ millisindəki işini başa vurduqdan sonra, noyabrın 18-dən İngiltərə klubundakı vəzifəsinin icrasına başlayacaq.