“The Athletic”in jurnalisti Devid Ornşteynin məlumatına görə, “Mançester Yunayted” ABŞ Futbol Federasiyası ilə əlaqə saxlayaraq milli komandanın baş məşqçisi Maurisio Poçettinonun müqaviləsinin vaxtından əvvəl ləğvi məsələsini müzakirə edib.
Argentinalı mütəxəssisi kluba gətirmək üçün onun ABŞ millisi ilə müqaviləsindəki vaxtından əvvəl xitam şərtinin aktivləşdirilməsi, həmçinin məşqçilər heyətinə kompensasiya ödənilməsi lazımdır.
“Mançester Yunayted” Poçettinonun təyinatdan əvvəl hazırkı beynəlxalq fasilə zamanı ABŞ millisinə rəhbərlik etməsinə etiraz etmir. Bundan sonra mütəxəssis klubun işinə keçə bilər.
ABŞ millisi noyabrın 14-də və 18-də KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsində Haiti ilə qarşılaşacaq.