Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib.
73 kq çəki dərəcəsində gümüş medal qazanan idmançı yarışın təşkilatçılığından razı qaldığını deyib. Kazımlının sözlərinə görə, məqsədi qızıl medal qazanmaq olub, lakin bu dəfə gümüş medalla kifayətlənib.
“Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”, – Adil Kazımlı söyləyib.
Taekvondoçu turnirdə ən çətin görüşünü Tunis təmsilçisinə qarşı keçirdiyini qeyd edib. Onun sözlərinə görə, üç raund davam edən gərgin qarşılaşmanın son saniyələrində üstünlük əldə edərək vacib qələbə qazanıb.