Türkiyənin “Trabzonspor” basketbol klubu “Sabah”a böyükhesablı məğlubiyyətdən sonra baş məşqçisi Selçuk Ernakı vəzifəsindən azad edib.
Qərar FIBA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda keçirilən səfər oyunundan sonra açıqlanıb. “Trabzonspor” həmin görüşdə Azərbaycan təmsilçisinə 72:91 hesabı ilə uduzub.
Klubun rəsmi açıqlamasında bildirilib: “Basketbol komandamızın baş məşqçisi vəzifəsində çalışan Selçuk Ernak vəzifəsindən azad edilib. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.
“Sabah”a məğlubiyyət Türkiyə klubunun qrup mərhələsində dörd oyunda ikinci yenilgisi olub. Beləliklə, Azərbaycan klubunun 19 xal fərqi ilə qalib gəldiyi qarşılaşma Ernakın “Trabzonspor”un baş məşqçisi kimi son oyunu olub.
Kontekst
Xatırladaq ki, noyabrın 10-da “Sabah”ın baş məşqçisi Lazar Spasiç “Trabzonspor” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşmüşdü.