Türkiyə millisinin sabiq basketbolçusu Oğuz Savaş “Trabzonspor”u FIBA Çempionlar Liqasında “Sabah”la keçirəcəyi oyunun favoriti hesab edir.
Savaş Qara dəniz təmsilçisinin ötən mövsüm yaxşı mübarizə apardığını və bunun nəticəsində Çempionlar Liqasına vəsiqə qazandığını bildirib. O, qarşılaşmanın maraqlı keçəcəyini gözlədiyini deyib.
Veteran basketbolçu “Sabah” barədə ətraflı məlumata malik olmadığını söyləyib. Onun sözlərinə görə, “Trabzonspor”un baş məşqçisi Selçuk Ernak ötən mövsüm yaxşı heyət formalaşdırıb, komanda isə fiziki cəhətdən güclüdür. Savaş qalibin güclü tərəf olacağına ümid etdiyini və favoritin Türkiyə təmsilçisi olduğunu vurğulayıb.
Oğuz Savaş 2010-cu ildə Türkiyə millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb. O, karyerası ərzində “Fənərbaxça” və “Beşiktaş”ın da formasını geyinib.
“Sabah” Çempionlar Liqasının A qrupunda “Trabzonspor”la yanaşı, Fransanın “Nanter” və Litvanın “Ritas” klubları ilə də qarşılaşacaq.