“Bavariya”nın hücumçusu Harri Keyn ayaq biləyindən əməliyyat olunub. Klubun açıqlamasında 33 yaşlı futbolçunun əməliyyatının uğurlu keçdiyi bildirilib. Keynin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Keyn sosial şəbəkə hesabında zədəsini yaşamağın məyusedici olduğunu yazıb. O, 2027-ci ilə doğru dözümlülüyünü və inkişafını göstərmək üçün bunu fürsətə çevirməyə çalışacağını qeyd edib.
“Həyatın enişləri və yoxuşları var! Bu zədəni almaq, əlbəttə, böyük məyusluqdur, amma həmişəki kimi bu da 2027-ci ilə doğru dözümlülüyümü və inkişafımı göstərmək fürsətidir. Mövsümün ən vacib mərhələsinə formada və hazır qayıdacağam”, – Keyn bildirib.
Zədəsi səbəbindən hücumçunun liqada 11 oyunu buraxacağı gözlənilir. O, Almaniya Kubokunun 1/8 final mərhələsində “Herta Berlin”lə qarşılaşmada, həmçinin UEFA Çempionlar Liqasının liqa mərhələsində “Bavariya”nın keçirəcəyi qalan dörd matçda da iştirak etməyəcək.