Əsas məzmuna keç

Sports Mole Azərbaycan millisinin qrupu məğlubiyyətsiz bitirəcəyini proqnozlaşdırdı

Sports Mole Azərbaycan millisinin qrupu məğlubiyyətsiz bitirəcəyini proqnozlaşdırdı
— Foto: idman.biz

Britaniyanın “Sports Mole” nəşri Lixtenşteynlə qarşılaşma öncəsi Azərbaycan millisinin şanslarını dəyərləndirib. Qələbə yığmamıza qrup mərhələsini lider kimi başa vurmaq imkanı verə bilər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Britaniyanın “Sports Mole” portalı noyabrın 13-də “Raynpark” stadionunda keçiriləcək Lixtenşteyn – qarşılaşması ilə bağlı icmalında yığmamızın UEFA Millətlər Liqasının qrup mərhələsini məğlubiyyətsiz başa vuraraq birinci yeri tuta biləcəyini yazıb.

Nəşr Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisinin nəzərəçarpan irəliləyişə nail olduğunu qeyd edib. Üç oyundan sonra bir qələbə və iki heç-heçə qazanan komandamız D Liqasındakı qrupuna başçılıq edir. Yığmamız Litva ilə səfərdə 1:1 hesablı heç-heçə edib, Lixtenşteynlə qolsuz bərabərə qalıb, daha sonra isə Bakıda Litvanı 1:0 hesabı ilə məğlub edib.

“Sports Mole”un qiymətləndirməsinə görə, Lixtenşteyn üzərində qələbə Azərbaycan millisinin xalını səkkizə çatdıracaq və qrup mərhələsini məğlubiyyətsiz lider kimi bitirməsinə şərait yaradacaq.

Britaniya nəşri yığmamızın 2026-cı ildəki nəticələrinə də diqqət çəkib: komanda keçirdiyi səkkiz oyunda beş qələbə qazanıb və bir dəfə uduzub. İcmalda Sent-Lüsiya üzərində 6:1 hesablı qələbə ayrıca vurğulanıb. Bununla yanaşı, Millətlər Liqasının əvvəlki mövsümündə Azərbaycan altı oyunun heç birində qalib gəlməyib və qapısından 17 top buraxıb.

Əvvəlki görüşdə ehtiyatda qalan kapitan Emin Mahmudovun start heyətinə qayıdacağı gözlənilir. Meydana çıxarsa, bu, onun millidə 66-cı oyunu olacaq. Hücumda yığmanın heyətində yeddi qol vurmuş Mahir Emrelinin yer alacağı ehtimal edilir.

“Sports Mole”un ehtimal olunan start heyəti belədir: Balayev; Məmmədov, Bədəlov, Daşdəmirov; Mütəllimov, Xaybulayev, İsayev, Xaybulayev; Bayramov, Emreli, Məmmədov.

FIFA reytinqində 202-ci yerdə olan Lixtenşteyn Millətlər Liqasında son qələbəsini 2020-ci ilin sentyabrında San-Marinoya qarşı 2:0 hesabı ilə qazanıb. Lixtenşteynlə qarşılaşma Azərbaycan millisinin cari mövsümdə qrup mərhələsindəki son oyunu olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…